Göyçayda 10-cu sinif şagirdi kanalda batıb

Göyçayda 10-cu sinif şagirdi kanalda batıb

Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib

 

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. AYNA-nın APA-a istinadən xəbərinə görə, hadisə dünən saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib. Onun meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az      1 İyun 2020 00:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin