“Mexkalon”da maşın velosipedçini vurub öldürdü

“Mexkalon”da maşın velosipedçini vurub öldürdü

Arzu Tağıyev hadisə yerində keçinib

 

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Abşeron Rayon Polis İdarəsindən AYNA-ya verilən xəbərə görə, hadisə rayonun “Mexkalon” yaşayış məntəqəsində qeydə alınıb.

 

1980-ci il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi “Mercedes 1317L” markalı yük avtomobili yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az      1 İyun 2020 05:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin