“Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik”

“Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik”

Politoloq: Qarabağdakı terrorçular kəşfiyyatçılarımız tərəfindən fiziki olaraq məhv edilməli, tutulub Azərbaycana gətirilməlidirlər”

 

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında müxtəlif cinayətlər törətməkdə davam edir. İstər xaricdəki ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlara köçürülüb orada onlara mənzillər tikilməsi olsun, istər ərazilərimizdə narkotik maddələrin əkilib-becərilməsi olsun, istərsə də yerli terrorçulardan tutmuş, PKK terrorçularına kimi, müxtəlif dəstələrə təlim keçmək olsun... İşğalçılar zaman-zaman bunları sınaqdan keçirirlər. Hələ xarici investisiyaları Qarabağa cəlb edib biznes qurmaları, turizm məqsədilə Qarabağın gözəl guşələrindən yararlanmaları, qızıl mədənlərini “ata malı” kimi yağmalamalarını demirik.

 

Azərbaycan tərəfindən isə hər belə hal baş verəndə Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində bəyanat verilir. Beynəlxalq təşkilatlara, Qarabağ konfliktinin sülh yolu ilə həllinə dəstək göstərdiyini iddia edən ATƏT-in Minsk Qrupuna müraciətlər olur. Sərhədlərimizi pozub, qanunsuz Qarabağa gələn jurnalistlər, iş adamları, deputatlar, turistlər XİN-in “qara siyahısı”na salınır. Bununla da məsələ bitir, işğalçı öz mənfur addımlarını atmaqda davam edir.

 

Bu dəfə isə düşmən Qarabağda yeni bir əməl törətməkdədir. Belə ki, ermənilər, artıq işğaldakı ərazilərimizdə diversiya törətmək üçün könüllü hərbi birləşmələr yaradıblar. Erməni KİV-lərinin xəbərinə görə, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək kimi vərdişlərə yiyələnirlər. Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək. Bundan əvvəl, təlimlərin iyunun 12-21 tarixlərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə tarix dəyişdirilib. Təlimlərdə keçmiş SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. Təlim-tədris məşqlərinə yerli və diaspor ermənilərinin maliyyə yardımı ayırdığı qeyd edilir.

 

Təbii ki, həmişəki kimi rəsmi Yerevan bu diversiya dəstələrini yaratmadıqlarını iddia edəcək, belə terrorçu dəstənin könüllülərdən cəmləşdiyini, təlimlərə dövlətin maliyyə ayırmadığını bildirəcək. Hətta “xəbərimiz yoxdur”, “elə dəstə ümumiyyətlə yoxdur” kimi bəyanatlar səsləndirəcəklər – beynəlxalq qüvvələri susdurmaq üçün. Amma gün kimi aydındır ki, bu cür dəstələr erməni lobbisinin əli ilə də olsa, dövlətin dəstəyi ilə fəaliyyət göstərir.

 

Hələlik Qarabağ meşələrindəki hərbi dəstələrlərlə bağlı rəsmi Bakının açıqlaması yoxdur. Nə XİN, nə Müdafiə Nazirliyi, nə də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat verib. Amma bəyanat verilsə, nə olacaq? Yenə həmişəki kimi, düşmən qulaqardına vurub öz əməlində davam edəcək. Bəs, Azərbaycan nə etsin? Və yaxud da nə etməlidir? Beynəlxalq təşkilatların Ermənistana sülhə zərbə vuran bu cür hərəkətlərinə görə təzyiq etməsini necə və hansı yolla təşkil etmək lazımdır? Hansı addım atılmalıdır ki, Ermənistana xarici təşkilatlar təzyiq göstərsin?

 

Tonoyan Vyana görüşünün üstündən qara xətt çəkdi

Müəllif: Anar Bayramoğlu      2 İyun 2020 10:28
Siyasət bölməsinə aid digər xəbərlər
11 İyul
22:06
“Kürəkçay” müqaviləsi – Sonun başlanğıcı
11 İyul
17:57
“Azərbaycanın İsraildə səfirlik açmasının vaxtıdır”
11 İyul
16:42
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
11 İyul
14:35
Hökumət bir də payızda oyanacaq ki...
11 İyul
10:31
Biz həkimə necə və niyə inanaq – 20 manatlıq xəcalət
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin