Deputatlar toplanırlar: Gündəlikdə tibbi maska ilə bağlı cərimələrdir

Deputatlar toplanırlar: Gündəlikdə tibbi maska ilə bağlı cərimələrdir

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılacaq

 

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası sabah keçiriləcək. Toplantının gündəliyinə bir məsələ daxil edilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, sabahkı iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşir. Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunur.

 

Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnəcək.

Müəllif: Ayna.az      31 May 2020 21:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin