Sabah Sarayda hərəkət məhdudlaşdırılacaq

Sabah Sarayda hərəkət məhdudlaşdırılacaq

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur

 

Abşeron rayonu ərazisində nəqliyyatın hərəkəti qısamüddətli məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AYNA-ya verilən məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində iyunun 1-i səhər saatlarından hərəkət qısa müddətə məhdudlaşdırılacaq.

 

Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Müəllif: Ayna.az      31 May 2020 18:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin