Müdafiə Nazirliyindən deputata cavab: “Yalandır"

Müdafiə Nazirliyindən deputata cavab:     “Yalandır"

“Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı sual verilməyib”

 

“Mayın 31-də Milli Məclisin növbəti iclasında deputat Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir”. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Nazirlik qeyd edib ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı sual verilməyib: “Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən, “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir”.

 

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında deputat Vahid Əhmədov Müdafiə naziri Zakir Həsənovu və Qərargah rəisi Nəcməddin Sadıkovu Azərbaycan dilində danışa bilməməkdə qınayıb. Bununla yanaşı millət vəkili Müdafiə Nazirliyini erməni separatçılarının Şuşada keçirdiyi “andiçmə” mərasiminə susqunluqda günahlandırıb. 

Müəllif: Ayna.az      31 May 2020 16:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin