“Jurnalistlər binası”nda koronaviruslu xəstə aşkarlandı: Ailə karantinə alınıb

“Jurnalistlər binası”nda koronaviruslu xəstə aşkarlandı: Ailə karantinə alınıb

Əraziyə nəzarət gücləndirilib

 

Bakıda “Jurnalistlər binası”nda koronavirusa yoluxma faktı qeydə alınıb. AYNA-nın “Demokrat.az”-a istinadən məlumatına görə, infeksiya binanın “A” blokunda yaşayan sakində aşkarlanıb. Səhər saatlarında həmin şəxsin virusa yoluxduğu məlum olub və əraziyə nəzarət gücləndirilib.

 

Binada məskunlaşanlar bildiriblər ki, koronavirusa yoluxan şəxs “Azərtac”ın jurnalistinə məxsus mənzildə yaşayır. Məlumata görə, agentliyin əməkdaşı ona məxsus olan mənzili kirayə verib.

Müəllif: Ayna.az      31 May 2020 14:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin