Sabah Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq?

Bakıda 29 dərəcə isti gözlənilir

 

Azərbaycanda iyunun 1-də müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz  25-29, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

 

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Müəllif: Ayna.az      31 May 2020 15:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin