“İyunda da işsizlərə 190 manat verilsin” – Deputat

“İyunda da işsizlərə 190 manat verilsin” –     Deputat

Əli Məsimli: “Ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var”

 

Parlamentin bugünkü iclasında koronavirus pandemiyası səbəbindən işsiz qalmış vətəndaşlara 190 manatlıq birdəfəlik yardımın iyun ayında da verilməsi təklif edilib. AYNA xəbər verir ki, bu barədə deputat Əli Məsimli çıxış edib.

 

Ə.Məsimli bildirib ki, aidiyyatı dövlət qurumları 190 manatın iyun ayında da verilməsini nəzərə almalıdırlar: “Qeyd edim ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 minə şamil edildi, amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlanmalıdır”.

 

Xatırladaq ki, koronavirus pandemiyasına görə, 190 manatlıq birdəfəlik yardım aprel və may ayları üçün nəzərdə tutulmuşdu.

Müəllif: Ayna.az      31 May 2020 12:58
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin