Azərbaycan-İran sərhədində yanğın

Azərbaycan-İran sərhədində yanğın

Güclü külək yanğının geniş əraziyə yayılmasına səbəb olub

 

Biləsuvar rayonunun İran İslam Respublikası ilə sərhədyanı ərazisində yanğın baş verib. AYNA “Report”a istinadən bildirir ki, yanğın iki ölkənin sərhəd zolağı boyunca qeydə alınıb.

 

Məlumata görə, güclü külək yanğının geniş əraziyə yayılmasına səbəb olub. Hadisə yerinə Biləsuvar və Zəngilan rayonlarının yanğından mühafizə hissələrinin texnika və canlı qüvvələri cəlb edilib.

 

Hadisə nəticəsində 10 hektar sahədə kol-kos və biçilməmiş taxıl sahəsi yanıb. Digər taxıl sahələri yanğından mühafizə olunub və yanğın söndürülüb. Hazırda dövlət sərhədində baş vermiş yanğının səbəbləri ilə araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az      31 May 2020 08:52
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin