Bəzi marşrutların hərəkət istiqaməti dəyişəcək

Bəzi marşrutların hərəkət istiqaməti dəyişəcək

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb 

 

İyunun 1-də Pirşağı qəsəbəsində aparılan işlərlə əlaqədar olaraq, Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Bakı Nəqliyyat Agentliyindən AYNA-ya verilən məlumata görə, bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsində təşkil ediləcək. 173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə hərəkət edəcək.

Müəllif: Ayna.az      30 May 2020 21:56
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin