Etirazlar səbəbindən Ağ Ev müvəqqəti bağlanıb

Etirazlar səbəbindən Ağ Ev müvəqqəti bağlanıb

ABŞ-da etirazlar davam edir

 

Qaradərili Corc Floydun ölümü ilə əlaqədar ABŞ-ın bir neçə ştatında etirazlar hələ də, hadisənin 4-cü günündə davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölümün mərkəzi olan Minneapolisdə (Minnesota ştatı) etirazçılarla polis arasında növbəti qarşıdurma olub.


Nyu-York, Atlanta və digər bölgələrdə davam edən şiddətli iğtişaşlar Ağ Evin qısa bir müddətə bağlanmasına səbəb olub.


Son məlumata görə, C.Floydun ölümündən sonra hadisə ilə bağlı cinayət işi açılıb və ölümə səbəb verən kəslər istintaqa cəlb olunub. Hadisədə iştirak edən polis zabitlərindən üçü işindən azad olunub. 44 yaşlı Çauvin adlı polis isə qarşıdakı həftənin bazar ertəsi məhkəmə çıxacaq.


Xatırladaq ki, qaradərilinin ölümü ilə bağlı video ABŞ-da irqi ayrı-seçkiliklə bağlı etirazlara yenidən təkan verib. 

Müəllif: Ayna.az      30 May 2020 15:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin