Rusiyada bölgələr üzrə koronavirusa yoluxma sayı açıqlanıb

Rusiyada bölgələr üzrə koronavirusa yoluxma sayı açıqlanıb

Ötən gün ərzində 83 bölgədə COVID-19-a 8 min 952 yeni yoluxma baş verib

 

Rusiyada son 24 saat ərzində yeni koronavirus infeksiyası ən çox yayıldığı bölgələrin adı açıqlanıb. AYNA Rusiya KİV-ə istinadən bildirir ki, Moskvada 2 min 367, Moskva vilayətində 735 və Sankt-Peterburqda 365 yoluxma faktı aşkarlanıb. Ümumilikdə, ötən gün ərzində 83 bölgədə COVID-19-a 8 min 952 yeni yoluxma baş verib.

 

Yoluxmaların sayına görə sonrakı yerlərdə Nijni Novqorod və Sverdlovsk bölgələri gəlir. Belə ki, adıçəkilən birinci bölgədə 289, ikincidə isə 261 yoluxma olub. Xantı-Mansiysk Muxtar Dairəsində 167, İrkutsk vilayətində 162, Arxanqelsk vilayətində 158, Volqoqrad vilayətində 154, Rostov vilayətində 152, Çelyabinsk vilayətində 150, Krasnoyarsk diyarında 200-dən az fakt qeydə alınıb.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın bəzi bölgələrində pandemiya səbəbi ilə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, Murmansk vilayətində kiçik dükanlar, muzeylər və kitabxanalar, Kalmıkiyada geyim mağazaları açılıb. Moskva vilayətində isə parklar açılıb, qəbiristanlıqlara ziyarət qadağası aradan qaldırılıb.

Müəllif: Ayna.az      30 May 2020 13:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin