ABŞ-da etirazçılar bank binasını yandırıblar

ABŞ-da etirazçılar bank binasını yandırıblar

ABŞ-da etirazlar davam edir

 

ABŞ-da polis tərəfindən öldürülən qaradərili Corc Floyd üçün təşkil olunan nümayişlərdə “Wells Fargo”ya məxsus bank binası etirazçılar tərəfindən yandırılıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, sözügedən maliyyə qurumunun bir filialı Minneapolis şəhər polis departamentinin yanında yerləşir. Kontrplak panellərlə bağlanmış qapıların yanğına məruz qaldığı, binanın sındırılmış şüşələrindən tüstünün çıxdığı bildirilib.

 

Bununla yanaşı filialın yaxınlığında yerləşən bir bankomat və bir avtomibilin də yandırıldığı məlum olub

Müəllif: Ayna.az      30 May 2020 12:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin