Braziliyada yenidən rekord qeydə alınıb

Braziliyada yenidən rekord qeydə alınıb

Ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 27 878-ə yüksəlib

 

Braziliyada koronavirusla bağlı vəziyyətdə yenidən rekord göstərici qeydə alınıb.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, son sutka ərzində daha 26 928 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Braziliyada koronavirusa yoluxanların ümumi sayı 456 166-ya çatıb.

 

Bundan əlavə, son sutka ərzində daha 1 124 pasiyent koronavirusun qurbanı olub. Ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 27 878-ə yüksəlib.

 

Daha çox zərər çəkən regionlar arasında San-Paulu ştatı (7,2 mindən çox ölüm, 101 mindən çox yoluxma halı) və Rio-de-Janeyrodur (5079, 47953).

Müəllif: Ayna.az      30 May 2020 09:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin