Futbol üzrə Serbiya çempionu bəlli olub

Futbol üzrə Serbiya çempionu bəlli olub

“Srvena Zvezfda” çempionluğu təmin edib

 

Avropanın daha bir ölkəsində koronavirus pandemiyası üzündən dayanan futbol mövsümü bərpa olunub.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Serbiya çempionatının bərpası qızıl medalların taleyinin həll olunması ilə nəticələnib.

 

XXVII turun qarşılaşmasında “Rad”a 5:0 hesabı ilə qalib gələn “Srvena Zvezfda” çempionluğu təmin edib. Mövsümün sonuna üç tur qalmış xal hesabını 72-yə çatdıran Belqrad təmsilçisi izləyiciləri üçün əlçatmaz olub. Aktivində 26 matç olan “Partizan” 58 xal toplayıb.

 

Əvvəlki illərdə Super Liqada müntəzəm çempionat pley-off oyunları ilə davam etdirilirdi. Lakin koronavirusa görə yarışın 30 turla kifayətlənməsi barədə qərar qəbul olunub.

 

Qeyd edək ki, “Srvena Zvezda” ardıcıl 3-cü, tarixində 31-ci dəfə ölkə çempionu (əvvəl Yuqoslaviya, sonra Serbiya və Monteneqro, indi Serbiya) olub.

Müəllif: Ayna.az      30 May 2020 06:55
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin