İsveçdə də futbol matçlarının keçirilməsinə icazə verilib

İsveçdə də futbol matçlarının keçirilməsinə icazə verilib

Bütün yarışlar azarkeşsiz keçiriləcək

 

İsveçdə koronavirus pandemiyasına görə dayandırılan futbol yarışlarının bərpasına ölkə rəhbərliyi tərəfindən icazə verilib.

 

AYNA xəbər verir ki, bu ölkədə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək.

 

Lakin hökumətin verdiyi qərara əsasən, bütün yarışlar azarkeşsiz keçiriləcək.

 

Qeyd edək ki, futbol üzrə İsveç çempionatında yeni mövsüm aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb. Daha əvvəl liqanın iyunun 14-də başlayacağı ilə bağlı qərar verilib.

Müəllif: Ayna.az      30 May 2020 03:24
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin