BŞBPİ atası tərəfindən xəsarət alan uşaqla bağlı məlumat yayıb

BŞBPİ atası tərəfindən xəsarət alan uşaqla bağlı məlumat yayıb

Bakı polisi: Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb

 

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tam və hərtərəfli araşdırılır”.

 

Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, azyaşlının məcburi əməyə ̶ dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb.

 

“Suraxanı RPİ 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə, parçla (qulplu su qabı) övladına xəsarət yetirib.

 

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir, ailə üzvlərinin və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”, - məlumdatda qeyd olunub.

Müəllif: Ayna.az      28 May 2020 20:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin