Bərdədə qadına qarşı cinayət törədilib

Bərdədə qadına qarşı cinayət  törədilib

260 manat pulunu, mobil telefonunu və bankomat kartını alıblar

 

Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində iki nəfər naməlum şəxs Şorəlli kənd sakini T.Məmmədovaya zor tətbiq edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, onlar qadının 260 manat pulunu, mobil telefonunu və bankomat kartını alıblar.

 

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımbəyli kənd sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov saxlanılıb. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      28 May 2020 17:36
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin