Dünyada COVID-19-a yoluxanların sayı 6 milyona yaxınlaşır

Dünyada COVID-19-a yoluxanların sayı 6 milyona yaxınlaşır

Bugünə kimi 356 mindən çox insan vəfat edib

 

Dünyada koronavirusa yoluxma sayı 6 milyona yaxınlaşır. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin son məlumatında qeyd olunub.

 

Universitetin hesablamalarına görə, dünyada COVID-19-a yoluxmuş xəstələrinin ümumi sayı 5 milyon 710 min 393 nəfərdir. Onlardan 2.3 milyonu sağalıb, 356 mindən çox insan vəfat edib.

Müəllif: Ayna.az      28 May 2020 15:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin