Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb

Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb

Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini bildirib

 

Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndilisi Sənan Məmədlinin onun başına taxta parçası ilə vuraraq “Daweoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bilidirib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      28 May 2020 12:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin