Bakıda binada yanğın

Bakıda binada yanğın

Hadisə Lökbatan qəsəbəsində baş verib

 

Bakıda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, üçmərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 25 m² olan mağazanın yanar konstruksiyaları və ərazidə 100 m² sahədə təkər tullantıları yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      28 May 2020 12:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin