Almaniya səfiri Azərbaycan xalqını təbrik edib

Almaniya səfiri Azərbaycan xalqını təbrik edib

“Rəsulzadə, Xoyski kimi cəsur insanlar tərəfindən Cümhuriyyətin yaradılmasını qeyd edirik”

 

Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. AYNA bildirir ki, səfir bu barədə “Twitter” səhifəsində yazıb.

 

“Respublika günün mübarək, Azərbaycan! Bu gün 1918-ci ildə - ilk Alman demokratiyası ilə eyni ildə - Rəsulzadə, Xoyski kimi cəsur insanlar tərəfindən Cümhuriyyətin yaradılmasını qeyd edirik. 1918-ci ildə qurulan dünyəvi və demokratik Respublika bugünkü Azərbaycan Respublikasının əsasını qoyub”, - deyə diplomat qeyd edib.

Müəllif: Ayna.az      28 May 2020 10:25
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin