İsraildə karantin rejimi yumşaldılıb

İsraildə karantin rejimi yumşaldılıb

Tibbi maskadan istifadə tələbi qüvvədə qalır

 

İsraildə koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər tətbiq edilən kafe, restoran və digər ictimai iaşə obyektlərinin fəaliyyəti bərpa olunub.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, karantin rejiminin yumşaldılmasına baxmayaraq, ictimai yerlərdə sosial məsafənin qorunması və tibbi maskadan istifadə tələbi qüvvədə qalır.

 

Qeyd edək ki, İsraildə indiyədək 16 771 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 14 486 nəfər sağalsa da, 281 nəfər ölüb.

Müəllif: Ayna.az      27 May 2020 21:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin