Daha bir qadın yadplanetlidən hamilə qaldığını iddia edir

Daha bir qadın yadplanetlidən hamilə qaldığını iddia edir

Qadın onunla birlikdə 20 nəfərin də gələcəyə səyahət etdiyini bildirib

 

Son dövrlərdə İngiltərə mətbuatında yer alan “gələcəkdən gələn insanlar” başlıqlı xəbərlər dünya mətbuatında da böyük marağa səbəb olub. AYNA xəbər verir ki, adının açıqlanmasını istəməyən qadın gələcəyə səyahət edib, yadplanetlilərlə intim əlaqəyə girdiyini iddia edib.

 

“Daily Star” qəzetinə müsahibə verən qadın zaman maşını ilə 3500-cü ilə səyahət etdiyini və orada Andromeda planetindən olan yadplanetlidən hamilə qaldığını bildirib. “5 ay sonra övladımı dünyaya gətirəcəyəm, amma nə edəcəyimi bilmirəm, çıxılmaz vəziyyətdə qalmışam” – deyə, qadın açıqlama verib.

 

Zaman maşının ilk dəfə 1970-ci ildə ixtira olduğunu, lakin istifadəsinin qadağan edildiyini söyləyən naməlum qadın onunla birlikdə 20 nəfərin də gələcəyə səyahət etdiyini bildirib.

Müəllif: Ayna.az      22 İyul 2019 17:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin