Rusiyada bir gündə 161 nəfər COVID-19-dan ölüb

Rusiyada bir gündə 161 nəfər COVID-19-dan ölüb

Son sutkada 8 min 338 nəfər koronavirusa yoluxub

 

Rusiyada son sutkada 8 min 338 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. AYNA Rusiya KİV-ə istinadən bildirir ki, sutka ərzində ölkədə 161 xəstə vəfat edib, 11 min 79 nəfər sağalaraq evə buraxılıb. Yoluxanların 2140 nəfəri Moskva sakinidir.

 

Bununla da Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 370 min 680 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 142 min 208 nəfər sağalıb, 4 minə yaxın insan vəfat edib. Hazırda Rusiya yoluxanların sayına görə, dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb. 

Müəllif: Ayna.az      27 May 2020 15:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin