Putini məhkəməyə verən İqnatiev xəstəxanalıq oldu

Putini məhkəməyə verən İqnatiev xəstəxanalıq oldu

Çuvaşiyanın sabiq rəhbəridə ağciyər zədələnməsinin faizi yüksəkdir, oksigen aparatına bağlıdır

 

Çuvaşiyanın sabiq rəhbəri Mixail İqnatiev xəstəxanaya yerləşdirilib. AYNA-nın "Kommersant" qəzetinə istinadən xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putinə qarşı iddia qaldıran İqnatiev bu gün Sankt-Peterburqdakı xəstəxanalardan birinə yerləşdirilib. Məlumata görə, Çuvaşiyanın sabiq rəhbərinin vəziyyəti ağırdır. İqnatievdə ağciyər zədələnməsinin faizi yüksəkdir. Onun oksigen aparatına bağlı olduğu xəbər verilir.

 

Qeyd edək ki, İqnatiev səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı mayın 20-də Prezident Putinə qarşı Ali Məhkəmədə iddia qaldırıb. Məhkəmə iclası iyunun 30-na təyin edilib. Məhkəmədə yeganə cavabdeh dövlət başçısıdır. Bu, Rusiya tarixində Respublika rəhbərliyindən kənarlaşdırılan liderin Prezidentin qərarına ilk etiraz halıdır.

 

Xatırladaq ki, M.İqnatiev ona olan inam itdiyinə görə, yanvarın 29-da Putin tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Bununla razılaşmayan İqnatiev Rusiya Prezidentini məhkəməyə verib. 

Müəllif: Ayna.az      27 May 2020 14:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin