Bu gün Azərbaycan vətəndaşları Hindistandan təxliyə ediləcəklər

Bu gün Azərbaycan vətəndaşları Hindistandan təxliyə ediləcəklər

17 nəfər vətəndaşımız əvvəl Tiflisə, sonra isə Azərbaycana gətiriləcəklər

 

Bu gün 17 nəfər Azərbaycan vətəndaşı təyyarə ilə Hindistandan Tiflisə gətiriləcək. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, daha sonar vətəndaşlarımız Azərbaycanın Gürcüstandakı səfirliyinin əlaqələndirməsi ilə Tiflisdən Azərbaycana avtobusla təxliyə ediləcəklər.

 

“Bizim vətəndaşlarımız Hindistanda idi, onların geri qaytarılması məsələlərini biz aidiyyəti üzrə nəzərdən keçirirdik və indiki mərhələdə Hindistan Hava Yollarının təyyarəsi Tiflisə uçduğu üçün bu reys ilə 17 vətəndaşımız Tiflisə və oradan da Azərbaycana gələcək”, - deyə açıqlamada vurğulanıb.

Müəllif: Ayna.az      27 May 2020 14:18
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin