Əsas səhifə Haqqımızda Xəbər lenti

Nigeriya ÜST-ün göstərişinə məhəl qoymadı

Nigeriya ÜST-ün göstərişinə məhəl qoymadı

“Öz yolumuzla gedəcəyik”

 

Nigeriya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun müalicəsində istifadədən çəkinilməli olan dərmanla bağlı bəyanat verib. AYNA xarici mediaya əsasən xəbər verir ki, Afrika ölkəsi COVID-19 xəstələrinin müalicəsində malyariyaya qarşı istifadə olunan “Hydroxychloroquine” dərmanının tətbiqini davam edəcək.

 

Nigeriyanın Qida və Dərman İdarəetmə və Nəzarət üzrə Milli Agentliyinin direktoru Mojisola Adeyeye çıxışı zamanı, ÜST-lə bu məsələdə mübahisə etməyəcəyini və öz yolları ilə gedəcəklərini deyib.

 

“Hydroxychloroquine” malyariya üçün təhlükəsizdir, lakin heç bir klinik sınaq COVID-19 müalicəsi üçün istifadəsini tövsiyə etmir. Bununla belə, artıq bu dərmandan istifadə edən ölkələr var.

Müəllif: Ayna.az      27 May 2020 13:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin