Əsas səhifə Haqqımızda Xəbər lenti

“Remdesivir” koronavirusun müalicəsi ilə bağlı ümid yaratdı

“Remdesivir” koronavirusun müalicəsi ilə bağlı ümid yaratdı

“Bu dərmanın müalicə təcrübəsində istifadəsinə üstünlük verəcəyik”

 

Böyük Britaniyada ebola virusunun müalicəsində istifadə edilən “Remdesivir” adlı antiviral dərmandan koronavirusun müalicəsində istifadə edildiyi və ümidverici nəticələr ortaya çıxdığı bildirilib. AYNA xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə naziri Matt Hannok mətbuat konfransında məlumat verib.

 

O, bildirib ki, sözügedən dərman virus yayılmağa başlayandan bəri müalicə praktikasında ən böyük addımdır: “Bunlar ilkin addımlardır, lakin biz elmə dəstək vermək və iddialı layihələri dəstəkləmək niyyətindəyik. Amma bizə daha çox fayda verən bu dərmanın müalicə təcrübəsində istifadəsinə üstünlük verəcəyik”.

Müəllif: Ayna.az      27 May 2020 12:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin