Əsas səhifə Haqqımızda Xəbər lenti

İranda ziyarətgahlar dezinfeksiya edilərək açılır

İranda ziyarətgahlar dezinfeksiya edilərək açılır

Ziyarətgahların qarşısında pulsuz tibbi maska paylanacaq

 

İranda pandemiya səbəbindən bağlanan Qum və Məşhəd şəhərlərindəki ziyarətgahlar yenidən dezinfeksiya edilərək açılıb. AYNA xarici mətbuata istinadən bildirir ki, ziyarətçilərə şərt qoyulub.

 

Belə ki, müqəddəs məkanları ziyarət edənlər mütləq tibbi maskadan istifadə etməli və məsafə gözləməlidirlər. Səlahiyyətlilər bildirib ki, bunun üçün ziyarətgahların qarşısında pulsuz tibbi maska paylanacaq.

 

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur isə məlumat verib ki, son 24 saat ərzində İranda 1787 nəfər koronavirusa yoluxub, 57 nəfər isə həyatını itirib. Onun sözlərinə görə, bu günə kimi İranda 139 min 511 nəfər virusa yoluxub, 7 min 508 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 109 min 437 nəfər sağalaraq evə buraxılıb. Hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 567 nəfərin vəziyyəti ağır olaraq qalır.

 

Müəllif: Ayna.az      27 May 2020 10:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin