Cavanşir Quliyevdən Azərbaycan musiqisinə ərməğan

Cavanşir Quliyevdən Azərbaycan musiqisinə ərməğan

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 2 cildlik “Divan”ı çapdan çıxıb.

 

C.Quliyev AYNA-ya açıqlamasında bildirib ki, bu nəşr bəstəkarın 1979-cu ildən bu günə qədər ciddi musiqidə yazdığı əsərləri əhatə edir: “Divandakı əsərləri eyni meyarlar, eyni musiqi fəlsəfəsi, müştərək üslub birləşdirir. Nəşrdəki əsərlərin əksəriyyəti xarici ölkələrdə ifa olunub, bəzilərinin, hətta premyerası xaricdə baş tutub”.

Javanshir Guliyev adlı şəxsin şəkli.

“Təəssüf edirəm ki, Azərbaycanda bu əsərləri, əsasən, mütəxəssislər və ayrı-ayrı musiqiçilər bilirlər, geniş dinləyici ciddi musiqiyə az önəm verir. Bu nəşri yaradıcılığın təbliği baxımından həyatımın ən önəmli hadisəsi hesab edirəm” – deyə bəstəkar vurğulayıb.

Javanshir Guliyev adlı şəxsin şəkli.

Cavanşir Quliyev, həmçinin “Divan”ın nəşrinə görə “Renessans-A” nəşriyyatına və onun rəhbəri Ələddin bəyə, kitaba ön söz yazan professor Zümrüd Dadaşzadəyə dərin təşəkkürünü bildirib.

 

Qeyd edək ki, C.Quliyev uzun müddətdir Türkiyədə yaşayır, Şimali Kiprin Yaxın Doğu Universitetində çalışır.

Javanshir Guliyev adlı şəxsin şəkli.

Müəllif: Ayna.az      22 İyul 2019 12:35
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin