Azərbaycanda pitbullara narkotik vurub döyüşdürürlər? - VİDEO

Azərbaycanda pitbullara narkotik vurub döyüşdürürlər? -       VİDEO

Nazirlik məsələ ilə bağlı araşdırmalara başladı

 

Azərbaycanda “Dead Game Pedigree” forumu” adı altında qanunsuz şəkildə pitbul cinsli itlərin döyüşlərinin keçirilməsi barədə məlumat yayılıb. AYNA-nın xəbərinə görə, Fərid Mansurov adlı “Facebook” istifadəçisi bununla bağlı paylaşım edib.

 

O, iddia edib ki, pitbullara narkotik yeridildikdən sonra onlar ölüncəyə qədər döyüşdürülür: “Həmçinin, bu yaramazlar döyüşü uduzan pitbulun boğazını kəsir, başını gövdəsindən ayırırlar və bununla cavan itləri bəsləyirlər. Bununla da, böyüyən itlər öz həmcinslərinə şikarları kimi baxırlar. Bundan əlavə, onlar pitbulları küçə itləri ilə məşq etdirirlər və pitbul həmin iti öldürdükdən sonra onunla gənc pitbulları bəsləyirlər. Bu insanlar böyük pulların dövr etdiyi it döyüşlərinin təşkilatçılarıdır. Bundan əlavə, onlar narkotik alverçiləridir”.

 

F.Mansurov paylaşımında it döyüşlərinin təşkilatçılarının adlarını da qeyd edib.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirli araşdırmaya başlayıb. Nazirliyin rəsmi “Instagram” səhifəsində qeyd olunub ki, qanunsuz it döyüşləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan materiallardan qurumun xəbəri var: “Hazırda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Müəllif: Ayna.az      26 May 2020 14:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin