Dəhşətli qəzanın görüntüləri - VİDEO

Dəhşətli qəzanın görüntüləri -     VİDEO

Ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub

 

Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. AYNA Baku TV-ə istinadən xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatda qeyd edilib ki, hadisə nəticəsində, 4 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.

Müəllif: Ayna.az      26 May 2020 11:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin