İrlandiyada son 2 ayda ilk yaşanıb

İrlandiyada son 2 ayda ilk yaşanıb

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 24 698 nəfərdir

 

İrlandiyada martın 11-dən sonra ilk dəfə son sutka ərzində koronavirusdan ölən olmayıb.

 

AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

“Bu gün Sağlamlığın Qorunması Mərkəzinə ölüm barədə heç bir yeni məlumat daxil olmayıb”, - qurumun hesabatında deyilir.

 

Səhiyyə Nazirliyindən bildirilib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 24 698, ölənlərin sayı isə 1,6 mindən çoxdur.

Müəllif: Ayna.az      26 May 2020 03:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin