Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev: “Bakıda köhnədən qalan avtobuslar yeniləri ilə əvəzlənir”

İlham Əliyev: “Bakıda köhnədən qalan avtobuslar yeniləri ilə əvəzlənir”

Prezident İlham Əliyev bu gün Şamaxıda səfərdə olub

 

“Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir - həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb”.

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Şamaxıda ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verərkən deyib.

 

Dövlət başçısı bildirib: “Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır”.

Müəllif: Ayna.az      25 May 2020 21:58
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin