Milli Mətbuatın yüz qırx dörd yaşı tamam olur

Milli Mətbuatın yüz qırx dörd yaşı tamam olur

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

 

AYNA xəbər verir ki, bu il Milli Mətbuatımızın yaranmasından 144 il ötür. Uzun və keşməkeşli bir yol keçən milli mətbuatımız müstəqilliyimizin ilk illərindən etibarən fəaliyyətini və peşə əxlaqi prinsiplərinə möhkəmləndirməkdədir. 1990-cı ildə fəaliyyətə başlayan, təsisçisi və baş redaktoru Elçin Şıxlı olan "Zerkalo" qəzeti müasir və müstəqil mətbuatımızın başlanğıclarından biri hesab edilir. 

 

1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi.

 

AYNA kollektivi olaraq 22 iyun mətbuat günü münasibəti ilə ölkə mətbuatında əməyi və zəhməti olan, istedadlı və bilikli jurnalistləri təbrik edir, şəxsi həyat və fəaliyyətlərində uğurlar arzulayırıq!

 

Müəllif: Ayna.az      22 İyul 2019 08:00
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin