Ali məktəblərə sənəd qəbulu davam edir

Ali məktəblərə sənəd qəbulu davam edir

Ərizələrin qəbulu iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur

 

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən AYNA-ya verilən məlumata görə, 67 minə yaxın abituriyent elektron ərizəsini təsdiqləyib. Onlardan 24 mindən çoxu 1-ci ixtisas qrupunu seçib.

 

DİM-in Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri-iş günləri olan 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək. Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

 

Müsabiqədə iştirak üçün ərizələrin qəbulu iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur. 

Müəllif: Ayna.az      25 May 2020 16:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin