Rusiyada iki mindən çox hamilə qadın COVID-19-a yoluxub

Rusiyada iki mindən çox hamilə qadın COVID-19-a yoluxub

Təkcə Moskvada 816  hamilə qadında koronavirus infeksiyası aşkarlanıb

 

Rusiyada iki mindən çox hamilə qadında koronavirus aşkarlanıb. Amma bu diaqnozu olan qadınlardan hamiləlik müddəti başa çatanlar sağlam körpələr dünyaya gətiriblər. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin Səhiyyə Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

 

"Ümumilikdə, Rusiyada 2 min 561 hamiləyə koronavirus infeksiyası diaqnozu qoyulub. Təkcə Moskvada 816  hamilə qadında koronavirus infeksiyası aşkarlanıb, onlar da, normal doğuşla sağlam övladına qovuşub. Hamilələrin çoxunda yüngül formada yoluxma baş verib ki, onlar da müalicə ilə sağlığına qovuşub", açıqlamada deyilir.

 

Bildirilir ki, bir hamilə qadının koronavirus üçün müsbət test  nəticəsi varsa, körpənin sağlam doğulması mütləqdir. Çünki virus ana bətnində dölə yoluxmur. Körpə xəstələnirsə, bu ana və başqaları ilə təmasdan sonra baş verir.

Müəllif: Ayna.az      25 May 2020 16:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin