Polşada son sutkada COVID-19-dan ölən olmayıb

Polşada son sutkada COVID-19-dan ölən olmayıb

Bu, ölkədə virusla mübarizənin uğurlu olduğunu göstərir

 

Polşada pandemiya başlayandan bəri ilk dəfə sutka ərzində ölüm qeydə alınmayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

 

Məlumatda qeyd olunub ki, Polşada karantin tədbirləri yumşaldılsa da, yoluxma sayında artım da azalır. Martın 28-dən etibarən ölkədə gündəlik ölümlər baş versə də, son sutkada ölümün qeydə alınmaması ölkədə virusla mübarizənin uğurlu olduğunu göstərir.

 

Polşada bu günədək 21 min 440  yoluxma faktı qeydə alınıb, 996 nəfər xəstəlikdən həyatını itirib.

Müəllif: Ayna.az      25 May 2020 15:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin