Şamaxının icra başçısı karantinə alınıb - RƏSMİ (YENİLƏNİB)

Şamaxının icra başçısı karantinə alınıb -        RƏSMİ (YENİLƏNİB)

Azərbaycanda icra hakimiyyətinin işçisi koronavirusa yoluxdu

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşlarının karantinə alınması xəbərlərinə aydınlıq gətirib.

 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

 

“Testin nəticəsinə əsasən, analiz bir nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

 

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir”, - deyə TƏBİB rəsmisi qeyd edib.

 

 

14:06

 

 

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

 

AYNA “Qafqazinfo”a istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, analiz bir nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

 

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Müəllif: Ayna.az      25 May 2020 16:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin