Nigeriya Britaniya təyyarəsini cərimələyib

Nigeriya Britaniya təyyarəsini cərimələyib

Təyyarə humanitar əməliyyatlar üçün icazə almasına baxmayaraq sərnişin daşımağa başlayıb

 

Nigeriya Birləşmiş Krallığın “Flairjet” aviaşirkətinə məxsus təyyarəni cərimə edib. AYNA BBC-yə istinadən xəbər verir ki, Britaniya təyyarəsi koronavirusun yayılmasının qarşısını almaq məqsədiylə Nigeriyada  ticarət uçuşlarına qoyulan qadağanı pozub və bu səbəbdən ölkəni qəzəbləndirib.

 

“FlairJet” təyyarəsi mayın 17-də yalnız humanitar əməliyyatlar üçün icazə almasına baxmayaraq sərnişin daşımağa başlayıb. Qərbi Afrika ölkəsi olan Nigeriya, vətəndaşlarını geri qaytaran və ya xarici vətəndaşları evakuasiya edənlər istisna olmaqla, ölkəyə sərnişin uçuşlarını qadağan etmişdi. Ölkənin Hava Yolları naziri Hadi Sirika baş verən cərimə əməliyyatıyla bağlı öznün “Twitter” səhifəsində də məlumat paylaşıb. Şirkətin mülki aviasiya qaydalarını pozduğuna görə cəzalandırıldığını və bu barədə Britaniya Mülki Aviasiya Təşkilatına bildirildiyini vurğulayıb.

Müəllif: Ayna.az      25 May 2020 13:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin