Ölüm xəbəri yayılan prezident tibb işçilərini təbrik edib

Ölüm xəbəri yayılan prezident tibb işçilərini təbrik edib

Bu gün kütləvi informasiya vasitələrində ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulı Berdimuhammedov Səhiyyə və tibb səneyesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib. AYNA “Report”-a istinadən xəbər verir ki, o, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib.

 

Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.

 

"Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub", - deyə prezident məktubunda bildirib.

Müəllif: Ayna.az      22 İyul 2019 00:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin