COVID-19 səbəbindən G7 sammitinin vaxtı dəyişdi

COVID-19 səbəbindən G7 sammitinin vaxtı dəyişdi

Sammit iyunun sonlarında baş tutacaq

 

ABŞ koronavirus pandemiyası səbəbilə iyunun 10-u Vaşinqtonda keçiriləcək G7 sammitinin vaxtını dəyişib. AYNA xarici mətbuata istinadən bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

 

O, bildirib ki, sammit iyun ayının sonunda keçiriləcək. O'Brayenin sözlərinə görə, ABŞ rəhbərliyi ölkənin koronavirusun ən pik həddinə yaxın olduğunu və ya artıq pik həddində olduğuna ümid edir. Müşavir onu da deyib ki, bütün tərəflər sammitin keçirilməsində maraqlıdır.

Müəllif: Ayna.az      25 May 2020 06:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin