La Liqa bu tarixdə bərpa olunacaq

La Liqa bu tarixdə bərpa olunacaq

İlk görüş "Betis" - "Sevilya" derbisi olacaq

 

İspaniya Kral Futbol Federasiyasının prezidenti Xavyer Tebas ölkə çempionatının bərpa tarixini açıqlayıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, martda koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış La Liqa iyunun 11-də qaldığı yerdən davam edəcək.

 

İlk görüş isə "Betis" - "Sevilya" derbisi olacaq.

 

Qeyd edək ki, daha əvvəl İspaniyanın baş naziri Pedro Sançes çempionatın iyunun 8-də bərpa oluna biləcəyini söyləyib.

Müəllif: Ayna.az      25 May 2020 04:49
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin