Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən       AÇIQLAMA

Vəziyyəti ağır olanlar var

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə 13 nəfərin xəsarət alması xəbəri ilə bağlı açıqlama verib. AYNA xəbər verir ki, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 13 nəfər xəsarət alıb:

 

“Üç nəfər böyük, 10 nəfəri uşaqdır. Hazırda dörd uşaq xəstəxanadadır. İkisinin vəziyyəti ağırdır. Kəllə-beyin travması keçirib. Digər ikisinin vəziyyəti isə orta ağırdır”.

 

O qeyd edib ki, digər uşaqlara böyüklərlə birlikdə ambulator yardım göstərilərək evə buraxılıb.

Müəllif: Ayna.az      24 May 2020 16:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin