“Taliban”la Əfqanıstan hökuməti arasında atəşkəs

“Taliban”la Əfqanıstan hökuməti arasında atəşkəs

Bayram günlərində tərəflər bir-birlərinə hücum etməyəcəklər

 

Əfqanıstanda “Taliban” terrorçuları ilə hökumət arasında Ramazan bayramı münasibəti ilə atəşkəs elan edilib. Bu barədə AYNA xarici mətbuata istinadən bildirir. “Taliban”nın açıqlamasında qeyd olunub ki, vətəndaşların bayramı rahat keçirməsi üçün bu günlərdə atəş açılmayacaq.

 

“Qarşıdakı üç gün müddətində biz tərəfdən əsla atəş açılmayacaq. Qarşı tərəfdən hücum edilərsə, qarşılığını laiqincə verəcəyik”, - deyə “Taliban”ın açıqlamasında vurğulanıb. Terrorçular nəzarətlərində olan bölgənin kənarına çıxmayacaqlarını da bildiriblər.

 

Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban”ın atəşkəs qərarını müsbət qarşıladıqlarını, hökumətin də bayram günlərində hücum planları olmadığını söyləyib. Qəni sosial media hesabından verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinin də bayram günlərində “Taliban”a qarşı əməliyyat həyata keçirməyəcəyini bildirib. 

Müəllif: Ayna.az      24 May 2020 17:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin