İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 120 198 nəfərə yüksəlib

 

İranda son sutka ərzində daha 1 869 nəfərdə koronavirus aşkarlanıb, 59 nəfər vəfat edib.

 

AYNA bildirir ki, bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib.

 

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 120 198-ə, bu virusdan ölənlərin sayı 7 359-a yüksəlib.

 

Bundan əlavə, 104 072 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Müəllif: Ayna.az      23 May 2020 17:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin