Külək elektrik xətlərinə ziyan vurub - FOTOLAR

Külək elektrik xətlərinə ziyan vurub -       FOTOLAR

Bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaradıb

 

Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub. AYNA xəbər verir ki, Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

 

Gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaradıb. “Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - material və texnika ayrılıb.

Müəllif: Ayna.az      23 May 2020 13:15
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin