Civə satan şəxs saxlanılıb - FOTO

Civə satan şəxs saxlanılıb -     FOTO

Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədilə üzərində gəzdirdiyini bildirib

 

Mingəçevirdə keçirilən əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

AYNA-nın DİN-ə istinadən məlumatına görə, Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədilə üzərində gəzdirdiyini bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      23 May 2020 12:49
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin